QMİ-nin sektor müdiri bəraət istəyir
13 dekabr 2016 10:43 (UTC +04:00)

QMİ-nin sektor müdiri bəraət istəyir

0

Dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə Elşən Mustafaoğlunun vəkili Əfqan Məmmədov müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. Məhkəmə dekabrın 22-də davam edəcək.

 

Xatırladaq ki, prokuror çıxışında E.Mustafaoğlunun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar