Qızını Türkiyəyə göndərmək istəyən atanı aldatdılar
31 dekabr 2017 19:09 (UTC +04:00)

Qızını Türkiyəyə göndərmək istəyən atanı aldatdılar

Bakıda dələduzluq hadisəsi baş verib. Lent.az xəbər verir ki, Qax rayonn sakini 1971-ci il təvəllüdlü Abdullayev Əfqan Lətif oğlu polisə müraciət edərək bildirib ki, iyulun 20-də  Üzeyir Hacıbəyli küçəsi 9 ünvanın qarşısında Əliyev Fuad Rəhim oğluna 1535 manat pul verib. Lakin həmin şəxs pulun qarşılığında verdiyi vədi yerinə yetirməyib.

 

Şikayətçi əlavə edib ki, qızının Türkiyə universitetlərindən birində təhsil almasına çalışıb və Fud Əliyev ona kömək edəcəyinə söz verib. Lakin həmin şəxs onu aldadıb və pulları mənimsəyib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Nizam Rza

Oxşar yazılar