Qızıl ucuzlaşır
14 avqust 2013 15:57 (UTC +04:00)

Qızıl ucuzlaşır

Gələn il dünya bazarında qızılın troya unsiyasının qiyməti 1 000 ABŞ dollarınadək düşə bilər.

 

APA-Economics”in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi “ABN Amro”nun analitiklərinə istinadən bildirir.

 

Ekspertlərin fikrincə, 2015-ci ildə isə bu rəqəm 840 dollara qədər azala bilər. Artıq bir çox investorlar qızıla etibarını itirib. Digərləri isə qızılı hələ də ən müdafiə olunmuş aktiv hesab edərək, onu perspektivli və etibarlı vasitə sayır.

 

Qeyd edilir ki, 2011-ci ilin sentyabr ayında qızılın qiymətində əldə olunan pik nəticədən - 1 931 dollardan sonra qiymət 30% ucuzlaşıb. İyun ayında isə qızılın qiyməti 1 180 dollara enib ki, bu da 2010-cu ildən ən əldə olunan ucuz qiymətdir.

 

Hazırda dünya bazarında qızılın bir unsiyasının qiyməti 1 322 dollar təşkil edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1226
avatar

Oxşar yazılar