Mayın 14-nə keçən gecə saat 03 radələrində Bakı şəhərinin Səbail rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, gecə saatlarında Neftçilər prospektində, Qız Qalasının qarşısında 1991-ci il təvəllüdlü, Qaradağ rayon sakini Yusifov Ruslan Eldar oğlunun idarə etdiyi “Man” markalı avtobus ilə “Toyota Prado” markalı minik avtomobili toqquşub. Nəticədə “Toyota”nın sürücüsü 1984-cü il təvəllüdlü Əhmədpur Elşən İbrahim oğlu və onun sərnişini 1985-ci il təvəllüdlü Əliyeva Samirə Siracəddin qızı ağır bədən xəsarətləri alıblar. Hər iki şəxs hadisə yerindəcə keçinib.
İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.
Qeyd edək ki, hadisə zamanı ölən şəxslərin cəsədləri əzilmiş avtomobildə qalıb və çətinliklə çıxarılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.