Qısqanc ər 14 yaş kiçik xanımını öldürmək istədi
27 sentyabr 2017 10:13 (UTC +04:00)

Qısqanc ər 14 yaş kiçik xanımını öldürmək istədi

Gəncədə ər arvadını küçədə öldürməyə çalışıb. Lent.az xəbər verir ki, Dədə Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində 1976-cı il təvəllüdlü Süleymanov Elyar Aydın oğlu həyat yoldaşı 1990-cı il təvəllüdlü Süleymanova Elnarə Daşdəmir qızına şoxsaylı bıçaq xəsarətləri yetirib.

 

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

E. Süleymanov tutulub. O bildirib ki, özündən 14 yaş kiçik xanımını qısqanclıq zəminində öldürməyə çalışıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət iş açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145

Oxşar yazılar