Qəzada xəsarət alan daha bir neftçi xəstəxanaya yerləşdirildi
06 dekabr 2015 18:34 (UTC +04:00)

Qəzada xəsarət alan daha bir neftçi xəstəxanaya yerləşdirildi

0

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəzadan təxliyyə edilənlərdən daha biri Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

 

APA-nın hazırda xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü İsmayıl Ələkbər oğlu Mehdiyev dünən ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Lakin bu gün o, özünü pis hiss edib və yenidən xəstəxanaya müraciət edib.

 

. Həkimlər onun xəstəxanada qalmasına və müalicəsini davam etdirməsinə qərar veriblər.

 

 

Xatırladaq ki,  hazırda qəzada xəsarət almış 9 nəfər Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar