Qəza törədən avtoxuliqan hadisə yerindən qaçdı - <span style="color:red;"> FOTO  - VİDEO
20 avqust 2019 01:55 (UTC +04:00)

Qəza törədən avtoxuliqan hadisə yerindən qaçdı - FOTO - VİDEO

 
 
 
Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb. 
 
Yasamal rayon Dövlət Yol Polis Şöbəsindən APA-ya verilən məlumata görə, "NİVA" markalı avtomobil rayon ərazisində avtoxuliqanlıq edib. 
 
Daha sonra o, yüksək sürətlə Nəriman Nərimanov heykəlinin yaxınlığında dönmə əməliyyatı edərkən idarəetməni itirib. Nəticə “NİVA” dairədə hərəkətdə olan Təbriz Məhərrəmova məxsus "Mercedes" markalı avtomobilə dəyib. Zərbənin gücündən "Mercedes" dairənin beton piltələrinə çırpılıb.
 
Qəza zamanı "Mercedes"də olan sərnişin xəsarət alıb. "NİVA"nın adı hələlik müəyyən edilməyən sürücüsü hadisə yerindən yayınıb.
 
Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar