Qətl törədərək 48 il iş alan üç qardaşın işi apellyasiyada
09 iyul 2015 11:10 (UTC +04:00)

Qətl törədərək 48 il iş alan üç qardaşın işi apellyasiyada

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Nahid, Əziz, Cahid Qədəşovlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə  baxışı  iyulun 21-nə təyin edilib. 

 

Qeyd edək ki, ötən ilin avqustun 25-də Xəzər rayon Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də 1965-ci il təvəllüdlü Ülkər Abdullayeva, həyat yoldaşı 1962-ci il təvəllüdlü Tərlan Abdullayev, övladları 1987-ci il təvəllüdlü Rəhman Abdullayev bıçaqlanıb.  Onlar ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdiriliblər. Bıçaqlanan şəxslər dərhal cərrahi əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, Ülkər Abdullayeva dünyasını dəyişib.    

İstintaq araşdırması zamanı cinayətin Nadir, Əziz və Cahid Qədəşovlar tərəfindən törədilməsi müəyyən edilib. Onlar Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.   

İttihama görə, hadisədən bir gün əvvəl Ülkər Abdullayevanın oğlu Rəhman toydan evə gec, səhərə yaxın qayıdıb. Buna görə həyat yoldaşı ona irad tutub. Bunun əsasında münaqişə başlayıb. Bu münaqişəyə nəinki oğlanın valideynləri, hətta qızın valideynləri belə qarışıb. Onlar isə özlərini çox gözlətmədən  qudalarının evində peyda olublar. Qarşılıqlı ittiham və təhqirlər davam edib, qohumlar münasibəti aydınlaşdırmadan ayrılıblar.    Səhərisi gün Abdullayevlərin evinə gəlinin qardaşları, atası və digər qohumlar gəlib. Qalmaqal davam edib. Münaqişə isə Nadir Qədişovun bıçaqla bacısının qaynanasını öldürməsi, qaynını yaralaması ilə nəticələnib. Hətta hadisə vaxtı Cahid Qədəşov da yaralanıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahid Qədəşov 19 il, Əziz Qədəşov 19 il, Cahid Qədəşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər barələrində olan cəzanın yüngülləşdirilməsini istəyiblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Səlcuq Elçin

Oxşar yazılar