Türkiyənin Moonlife dərgisi "2013 Yılının En İyileri" ni elan etdikləri mükafatlandırma gecəsində millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva "Uluslararası Dostluq" ödülünə layiq görülüb. Lent.az-ın məlumatına görə, Türkiyənin millət vəkilləri, siyasətçiləri, ictimai xadimləri,
sənət, elm, ədəbiyyat və media dünyasının tanınmış nümayəndələrinin qatıldığı tədbirdə bir-sıra ictimai-siyasi xadimlərlə bərabər sənət, elm, ədəbiyyat və media sahəsindən də bir sıra tanınmış şəxslər mükafatlandırılıblar.
Tədbirdə bildirilib ki, millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Q. Paşayevaya millət vəkili olmaqla bərabər bir sivil toplum təşkilatı rəhbəri olaraq da hər zaman bütün platformalarda çıxışlarında və fəaliyyətində "bir millət iki dövlət" düşüncəsi ilə çalışır.