<b>Qənimət Zahidinin qohumlarına <span style="color:red;">HÖKM OXUNDU </b>
28 iyun 2016 17:55 (UTC +04:00)

Qənimət Zahidinin qohumlarına HÖKM OXUNDU

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rüfət Zahidov və Rövşən Zahidovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Rüfət Zahidov və Rövşən Zahidovun hər biri  6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə (narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi) təqsirləndirilib.

 

Xatırladaq ki, Rüfət Zahidov "Azadlıq" qəzetinin hazırda Fransada yaşayan baş redaktoru Qənimət Zahidin qardaşı oğlu, Rövşən Zahidov isə onun əmisi oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar