Qaxdakı meşə yanğını məhdudlaşdırılıb  - <span style="color:red;">YENİLƏNİB
27 avqust 2019 17:57 (UTC +04:00)

Qaxdakı meşə yanğını məhdudlaşdırılıb - YENİLƏNİB

0
Qaxda baş verən meşə yanğını məhdudlaşdırılıb.
 
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Qax rayonunun Suskənd kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
 
Yanğın məhdudlaşdırılıb.
 
Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
 
***
 
16:51
 
Qaxda meşə yanğını başlayıb.
 
APA-nın məlumatına görə, hadisə rayonun Süskənd kəndi ərazisindəki meşə massivində qeydə alınıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib.
 
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 991

Oxşar yazılar