QAT ATƏT-in Bakı Ofisinin qarşısında aksiya keçirib -<span style="color:red;"> FOTO  - <span style="color:red;">YENİLƏNİB
24 mart 2014 14:42 (UTC +04:00)

QAT ATƏT-in Bakı Ofisinin qarşısında aksiya keçirib - FOTO - YENİLƏNİB

Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Bakı Ofisi qarşısında aksiya keçirib.

 

APA-nın məlumatına görə, aksiya ATƏT-in Minsk qrupunun yaradılmasından 22 il keçməsinə baxmayaraq, həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səmərəli fəaliyyət göstərməməsinə etiraz olaraq keçirilib.

 

20-yə yaxın adamın iştirak etdiyi aksiyada “Biz həmsədrlərə inanmırıq”, “Rədd olsun ermənipərəst Minsk qrupu”, “Minsk qrupu həmsədrlərinin turist səfərlərinə son" və başqa şüarlar səsləndirilib, qətnamə oxunub.  

 

Qətnamədə bildirilir ki, Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır.

 

Qeyri-iş günü olduğundan qətnaməni ofisə təqdim etmək mümkün olmayıb, sənəd ofisin poçt qutusuna atılıb.

 

Polis aksiyanın qarşısını alıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar