15 yaşlı oğlan Qarabağ kanalında batdı - <span style="color:red;">YENİLƏNİB
01 sentyabr 2015 11:15 (UTC +04:00)

15 yaşlı oğlan Qarabağ kanalında batdı - YENİLƏNİB

0
 
Azərbaycanın Bərdə rayonunda, Yuxarı Qarabağ kanalında batan şəxsin kimliyi məlum olub.

 

APA-nın xəbərinə görə, batan şəxs Bərdənin Xanağalı kənd sakini, 15 yaşlı Cəfərov Vüsal Qara oğludur.

 

 

 

***

10:15

 

Bərdə rayonunda bədbəxt hadisə baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə müraciət daxil olub.

 

Hadisə yerinə nazirliyin xilasediciləri cəlb edilib və axtarışlara başlanılıb. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 201

Oxşar yazılar