Bakıda həyəti qar suları basıb, 3 nəfər xilas edildi
24 fevral 2015 17:12 (UTC +04:00)

Bakıda həyəti qar suları basıb, 3 nəfər xilas edildi

0

Bakıda qarın əriməsi nəticəsində 3 nəfər mənzilində köməksiz qalıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, fevralın 22-də yağan qarın əriməsi və qrunt sularının qalxması səbəbindən Sabunçu rayonunda fərdi yaşayış evinin həyətini su basıb və 3 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-nin xilasediciləri xüsusi texnikalar vasitəsi ilə vətəndaşları təhlükəsiz əraziyə köçürüb və aidiyyəti üzrə təhvil veriblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar