Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamerun vətəndaşı Mishel Raphael Kamonun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi keçirilən prosesdə hakim tərəfindən təqsirləndirilən şəxsə ifadə vermək təklif olunub. O, səhətində ciddi probləmlər olduğu üçün vaxt istəyib. Hakim bildirib ki, Mishel Kamona dəfələrlə ifadə vermək təkil olunub. O, isə həmişə bir bəhanə gətirərək, bundan boyun qaçırıb. Hakim qeyd edib ki, bunlar bəhanə olduğundan, ifadə verməkdən imtina kimi qiymətləndirilsin.
Təqsirləndirilən şəxs prokurorun suallarına da cavab verməyib. Deyib ki, halı yoxdur, ayaqüstə dura bilmir.
Proses iyunun 16-da davam edəcək.
Qeyd edək ki, M. R. Kamo Azərbaycan vətəndaşı olan Mürsəl adlı şəxsi aldadaraq dələduzluq edib. Belə ki, M. R. Kamo ondan 250 min manat pul alıb və həmin pulu xaricdən gətirilmiş xüsusi dərman vasitəsi ilə 750 min manata çevirəcəyinə inandırıb. Bundan əlavə o, qaçaqmalçılıqla məşğul olub. Hava limanında onun üzərinə baxış keçirilən zaman müxtəlif ölkələrin pulları üzərindən çıxıb.