Prokurorluq Almaniya vətəndaşının qətlinin sifarişçilərinin olduğunu açıqlayıb
06 may 2013 19:48 (UTC +04:00)

Prokurorluq Almaniya vətəndaşının qətlinin sifarişçilərinin olduğunu açıqlayıb

 

Azərbaycan Baş Prokurorluğu Almaniya vətəndaşını öldürməkdə təqsirləndirilən şəxsi həbs edilməsi barədə məlumat yayıb.


Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, mayın 2-də saat 14 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Almaniya Federativ Respublikasının vətəndaşı Şilder Vüsal Adolfun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İstintaqla müəyyən edilib ki, əvvəllər xuliqanlıq niyyəti ilə digər şəxslərə bıçaqla xəsarət yetirməklə törətdiyi cinayətlərə görə iki dəfə məhkum olunmuş Elman İsgəndərov qohumu Seymur Talıbov və qeyrilərindən ibarət bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onların sifarişi əsasında Bakı şəhərində yaşayan Vüsal Şilderi qəsdən öldürmək üçün qeyd edilən tarixdə Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında sonuncuya yaxınlaşaraq üstündə olan bıçaqla gicgah nahiyəsinə, döş qəfəsinə və bədəninin digər nahiyələrinə xəsarətlər yetirməklə onu qəsdən öldürüb, hadisə yerindən qaçıb.

 

Daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E. İsgəndərov mayın 4-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hadisə yerinə baxış zamanı oradan cinayəti törədən zaman E. İsgəndərovun əynində olmuş başlıqlı idman köynəyi, həmçinin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı cinayətin aləti olan bıçaq tapılaraq maddi sübut kimi götürülüb.

 

E. İsgəndərov iş üzrə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5 (sifarişlə adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061
avatar

Oxşar yazılar