“Koroğlu” MMC-in mənimsəmədə təqsirləndirilən əməkdaşı Samir Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Söz dövlət ittihamçısına verilib. Prokuor S. Cəfərovun barəsində seçilən ev dustaqlığının həbs qətimkan tədbiri ilə dəyişdirilməsini və ona 8 illik həbs cəzası verilməsini istəyib.
Proses dekabrın 23-də davam etdiriləcək.
Qeyd edək ki, S. Cəfərov "Koroğlu" MMC-də satış meneceri işləyib. O, şirkətə 12 min manatlıq ziyan vurmaqda təqsirləndirilir. İstintaq və məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib