Prokuror mənimsəmədə ittiham edilən şəxsə ağır cəza istədi
01 iyun 2016 11:20 (UTC +04:00)

Prokuror mənimsəmədə ittiham edilən şəxsə ağır cəza istədi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "EVE-S” MMC-nin əməkdaşı, "Nataxtari” limonadlarının satışı ilə məşğul Orxan Siyabovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. O.Siyabov mənimsəmədə ittiham edilir.

 

 

Lent az-ın məlumatına görə, məhkəmə istintaqı başa çatıb. Prosesdə dövlət ittihamçısı çıxış edib. O, O.Siyabovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini istəyib. Proses iyinun 8-də davam edəcək.

 

 

Qeyd edək ki, O. Siyabovun şirkətin 15 min manatını mənimsədiyi bildirilir. Ona Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə əsasən ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 257

Oxşar yazılar