Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən və bəraət alan Şərafəddin Abbasov barəsində prokurorluq protest verib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi keçirilən prosesdə Ş. Abbasovun anket məlumatları və prokurorluğun verdiyi protestin dəlilləri araşdırılıb. Məhkəmə baxışı üçün iyunun 13-nə təyin edilib.
Qeyd edək ki, Ş.Abbasov satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda şübhəli bilinib. Polis tərəfindən saxlanılıb. Yasamal Rayon Məhkəməsinin hökmü ilə Ş.Abbasovun barəsində bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.