Prokuror həbsxanada qulağını kəsən şəxsə cəza istəyib
23 dekabr 2016 14:02 (UTC +04:00)

Prokuror həbsxanada qulağını kəsən şəxsə cəza istəyib

0

Həbsxanada qulağını kəsən və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Hünər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına  görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz  dövlət ittihamçısına verilib. Prokuror çıxışında  H. Cəfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses yanvarın 6-da davam edəcək.

Qeyd edək ki, Astara rayon sakini, 1982-ci il təvəllüdlü məhkum, indiyədək üç dəfə həbsxanada yatmış Hünər Abbasəli oğlu Cəfərov narkotik satışına və istifadəsinə görə həbs edilib. H.Cəfərov birinci dəfə fərariliyə, ikinci dəfə isə hərbi hissəni özbaşına tərk etdiyinə görə həbs edilib. Üçüncü dəfə isə narkotik maddə qaçaqmalçılığına görə cəza çəkib. H.Cəfərov dördüncü dəfə də narkotiklə tutulub. H.Cəfərov barəsində həbs-qətimkan tədbiri seçiləndən sonra apelyasiya şikayəti verib. Amma Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məhkəmənin bu qərarından narazı qalan H.Cəfərov isə etiraz əlaməti olaraq və istintaqa və məhkəməyə təzyiq göstərmək məqsədilə öz qulağının bir hissəsini alışqanın metal hissəsi ilə kəsib və nümayişkaranə şəkildə yeyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar