Prokuror Qənimət Zahidin qohumlarına cəza istəyəcək
03 iyun 2016 17:25 (UTC +04:00)

Prokuror Qənimət Zahidin qohumlarına cəza istəyəcək

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Söz dövlət ittihamçısına verilib. O, çıxışa hazır olmadığına vaxt istəyib. Məhkəmə iyunun 10-da davam edəcək.

 

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə  etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və  ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar