Prezidentin tapşırığı nazirlikdə müzakirə olundu
17 aprel 2013 17:24 (UTC +04:00)

Prezidentin tapşırığı nazirlikdə müzakirə olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Füzuli Ələkbərovun iştirakı ilə «Peşə  standartlarının əmək məhsuldarlığının və  iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsində rolu» mövzusunda dəyirmi masa keçirilib. Bu barədə Lent. az-a nazirlikdən məlumat verilib. Tədbirdə prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında müasir tələblərə uyğun peşəkar kadrların hazırlanması barədə verdiyi tapşırıq müzakirə edilib.

Tədbirdə müasir əmək bazarının tələblərinə cavab verən, səriştəli işçi qüvvəsinin yetişdirilməsinin nazirliyin fəaliyyətinin əsas prioritetlərindən biri olduğunu qeyd edən nazir bildirib ki, Nazirlik bu sahədə qabaqcıl təcrübəyə malik bir sıra ölkələrlə və beynəlxalq qurumlarla fəal əməkdaşlıq həyata keçirir.

Dünya Bankının dəstəyi ilə icra edilən «Sosial Müdafiənin İnkişafı» layihəsi çərçivəsində və nazirliyin bilavasitə təşəbbüsü ilə həyata keçirilən «İSCO 88/08-ə uyğun təkmilləşmiş peşə və müvafiq təlim standartlarının hazırlanması» layihəsi haqqında məlumat verilib. Bildirilib ki,

 peşə və təlim standartlarının hazırlanması üzrə təlimat tərtib olunub, iqtisadiyyatın müxtəlif sahələrində sahə komissiyaları yaradılıb. Artıq beynəlxalq təcrübə əsasında 200 peşə standartının ilkin versiyası hazırlanıb ki, onlardan 140 standart layihənin icraçıları və müəssisələrin sıx əməkdaşlığı şəraitində yerli şəraitə uyğunlaşdırılıb. Həmçinin Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması üçün zəruri sənədlər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub və hazırda Agentliyinin yaradılmasının, peşə və təlim standartlarının tətbiqinin Səmərəlilik modeli hazırlanır.

# 823
avatar

Oxşar yazılar