Prezident İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı verib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev Bəlucistan vilayətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən son dərəcə kədərləndiyini vurğulayıb.
Dövlət başçısı bu faciə ilə əlaqədar Pakistan prezidentinə həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.