Polisi maşınla vurub qaçan sürücü yaxalandı
23 dekabr 2013 19:30 (UTC +04:00)

Polisi maşınla vurub qaçan sürücü yaxalandı

Səbayel rayonu Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi  polis kapitanı Mirrəvan Ağayev APA TV-yə bildirib ki, Ələsgərov Yusif Məhərrəm oğlu Bülbül Prospekti ilə Neftçilər prospektinin kəsişməsində idarə etdiyi "Mercedes" markalı vtomobillə yol hərəkəti qaydasını pozub. Yol polisi əməkdaşı qayda pozucusuna "saxla" işarəsi verib. Yusif Ələsgərov əvvəlcə maşını saxlayıb. Amma DYP-nin əməkdaşı Mirzəliyev Asif Qiyas oğlunu sürücülük sənədlərini təqdim etmə tələbinə əməl etməyib. O, idarə etdiyi maşınla DYP əməkdaşını vurub və hadisə yerindən uzaqlaşıb.

 

Yol Polisinin əməkdaşı qapalı kəllə beyin travması ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hazırda stasionar müalicəyə buraxılıb.

 

Hadisəni törədən sürücü Yusif Ələsgərov isə elə həmin gün axşam saxlanılıb. O, hadisəni belə danışıb: "Məndən sənədlərimi istədi. Dedim tələsirəm, bir az qabağa sürdüm. Sonra maşının qabağına keçdi, bir az da sürdüm. Maşının qabağına əyildi. Nömrəni çıxarmaq istəyirdi. Bilmədim necə oldu, kapotun üstünə dəyib yana yıxıldı".

 

Yusif Ələsgərov sürücülük vəsiqəsinin olduğunu bildirsə də iradə etdiyi avtomobilin onun yox dostunun olduğunu deyib. Maşını idarə etmək haqda icazə sənədi olmadığını da təsdiqləyib.

 

Faktla bağlı Səbayel Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061

Oxşar yazılar

İçərisində 20 ton saqqız  olan TIR belə qarət olundu

İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu

12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə  öldü

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü

12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT:  azərbaycanlıların malları əllərindən alındı

Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı

12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25