Polis vəzifəli şəxslərin maşınlarını cərimə meydançasına apardı
13 dekabr 2016 16:11 (UTC +04:00)

Polis vəzifəli şəxslərin maşınlarını cərimə meydançasına apardı

0

 

Bu gün Bərdə şəhərində yol polisi tərəfindən reyd keçirilib. Lent.az-ın məlumatına görə, reyd Bərdənin mərkəzi küçələrində dayanma-durma qaydalarını pozan sürücülərə qarşı keçirilib. Gün ərzində qaydaları pozan xeyli avtomobil Dövlət Yol Polisinin Bərdə rayon Şöbəsinin cərimə meydançasına aparılıb.

 

Yol polisi reyd zamanı Bərdə rayon Məhkəməsinin qarşısında dayanma-durma qaydalarını pozan avtomobilləri də cərimə meydançasına aparıb. Lent.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin iki hakiminə məxsus "Toyota Prado" və "Hyundai Elantra" markalı minik avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar