Polis Sumqayıtda əməliyyat keçirdi
07 noyabr 2015 15:04 (UTC +04:00)

Polis Sumqayıtda əməliyyat keçirdi

0

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıtda əməliyyat keçirib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş İdarə və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtda şəhər sakini Xalid Abuzərova məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı 1 ədəd “AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron, Rəvan Əliyevin şəhər ərazisindəki yataqxanada yaşadığı evə baxış zamanı isə 1 ədəd “BORS” markalı avtomat silah və 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 545

Oxşar yazılar