Pəncərədən qadının evinə girib zor tətbiq etdi – AZƏRBAYCANDA
19 iyul 2016 13:23 (UTC +04:00)

Pəncərədən qadının evinə girib zor tətbiq etdi – AZƏRBAYCANDA

Ağstafa rayonunda törədilmiş quldurluq cinayətinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 18-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində yaşayan Ramilə Quzanovanın evinə pəncərədən girmiş naməlum şəxs ev sahibinə qarşı zor tətbiq edərək oradan 31 manat pul və 5000 manat dəyərində qızıl əşyalar aparıb.

 

Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217

Oxşar yazılar