BNA-dan Lent.az-a bildirilib ki, ilkin məlumata görə, idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə, daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.
Həmçinin minik avtomobili sürücüsünün sənədlərinin olmadığı bildirilir. Bu və hadisəyə dair digər detallar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.
***
16:36
Xətai rayonu, Nargilə kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.
Lent.az-ın məlumatına görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həkimin verdiyi məlumata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb.
Əlavə məlumat veriləcək.