Paytaxtda "Opel"lə "Toyota" toqquşdu
31 yanvar 2015 07:33 (UTC +04:00)

Paytaxtda "Opel"lə "Toyota" toqquşdu

Gecə saatlarında  paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, Mehriban Əmirəlizadənin idarə etdiyi "Toyota" markalı avtomobil adıçəkilən prospektdə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə xanım sürücü maşınını əvvəlcə yol kənarında dayanan, Vüqar Nağızadəyə məxsus "Opel" markalı avtomobilə, daha sonra isə  yanacaqdoldurma məntəqəsinin qiymət lövhəsinə çırpıb.

 

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə və yanacaqdoldurma məntəqəsinə ziyan dəyib. Hər iki avtomobil evakuatorlar vasitəsilə hadisə yerindən uzaqlaşdırılıb. Hadisə  ilə bağlı Binəqədi polisi araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208

Oxşar yazılar