Ordumuz yeni aviabombalarla təchiz olunur
20 sentyabr 2013 17:11 (UTC +04:00)

Ordumuz yeni aviabombalarla təchiz olunur

FAB tipli aviabombalar postsovet məkanında istehsal edilən analoqlarından dağıdıcı gücünə, daşınmasının təhlükəsizliyinə görə fərqlənir


 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Silahlı Qüvvələri yüksək dəqiqlikli və böyük təsir gücünə malik aviasiya bombaları ilə təchizatı istiqamətində işlər aparır.

 

APA-nın məlumatına görə, hazırda yerli müəssisələrdə Hərbi Hava Qüvvələrinin ehtiyac duyduğu müxtəlif ölçülü aviasiya bombalarının və aviasiya təlim bombalarının istehsalı layihəsi həyata keçirilir.

 

«Azərbaycan 10 il» sərgisində yerli müəssisələrdə istehsal edilmiş aviasiya bombaları barədə məlumatlar təqdim olunacaq.

 

MSN mütəxəssislərinin sözlərinə görə, Azərbaycanda istehsal edilən FAB tipli aviabombalar postsovet məkanında istehsal edilən analoqlarından dağıdıcı gücünə, daşınmasının təhlükəsizliyinə görə fərqlənir. Eyni zamanda bombaların müxtəlif tip helikopterlərə (Mi-17, Mi-35M), habelə təlim və döyüş təyyarələrinə inteqrasiyası təmin olunub.

 

MSN tərəfindən təkmilləşdirilərək istehsal olunan 50, 100 və 250 kq-lıq təlim aviasiya bombaları (TAB) isə xarici analoqlarından daha uzunömürlü və çox istifadə edilə bilməsi, həmçinin dəqiqliyi ilə fərqlənir. Artıq bir sıra ölkələrdən təlim bombasına maraq ifadə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28