Ombudsmandan Nardaranda saxlanılanlara dair Zakir Qaralova MÜRACİƏT
21 dekabr 2015 15:32 (UTC +04:00)

Ombudsmandan Nardaranda saxlanılanlara dair Zakir Qaralova MÜRACİƏT

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bir qrup Nardaran qəsəbə sakinindən daxil olan ərizə əsasında Baş Prokurorluğa müraciət edib.

 

Bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib. Aparatdan bildirilib ki, Ombudsman Nardaran qəsəbəsində baş vermiş son hadisələrdə saxlanılan şəxslərin ailə üzvlərinin onlar barədə məlumat almaq istəyi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Qeyd olunub ki, Ombudsman Aparatı tərəfindən qanuna müvafiq digər zəruri addımlar da atılacaq.

 

Qeyd edək ki, bir qrup Nardaran qəsəbə sakini Ombudsman E. Süleymanovaya müraciət edib.

# 224
avatar

Oxşar yazılar