Ombudsman yaralı neftçilərə baş çəkib
06 dekabr 2015 17:35 (UTC +04:00)

Ombudsman yaralı neftçilərə baş çəkib

Ombudsman Elmira Süleymanova “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkib.

 

APA-nın hazırda xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, E. Süleymanova xəstələrlə söhbət edib, onların səhhəti ilə maraqlanıb.

 

Qeyd edək ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının rəhbəri, millət vəkili Səttar Mehbalıyev,  əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, səhiyyə naziri Oqtay Şirəliyev, SOCAR rəhbərliyi də xəstələrə baş çəkib.

 

Xatırladaq ki,  qəzada xəsarət almış 8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar