
Oğurluq edən şəxsin digər cinayətləri də üzə çıxdı
0
0
Zuğulba-Bilgəh yolunun kənarındakı işıqlandırma sisteminin qurğuları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zuğulba-Bilgəh yolunun kənarındakı işıqlandırma sistemindən ümumi dəyəri 320 manat olan 1 ədəd tənzimləyici və 2 ədəd maqnit buraxıcını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Çernov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 16-da Mərdəkan qəsəbəsi ərazisində yerləşən MMC-lərdən birinə məxsus 2 paylayıcı qurğudan 540 manat dəyərində kontaktor, rele və maqnit buraxıcısının oğurlaması müəyyən edilib.
0
0