
Arvadını uşaqlarının gözü önündə qantellə öldürübmüş - Yenə namus məsələsi
Bakıda əri tərəfindən 18 bıçaq xəsarəti ilə öldürüldüyü deyilən qadın barədə yeni təfərrüatlar ortaya çıxıb.
APA tv-nin məlumatına görə, hadisənin namus üstündə törədildiyi bildirilir. Qonşuların dediyinə görə, qətl hadisəsi onların 9 və 15 yaşlı uşaqlarının gözü qarşısında baş verib. Onların sözlərinə görə, İlham Əkbərov həyat yoldaşı mərhum Cəvahir Əkbərovanı bıçaqla deyil, qantellə vuraraq öldürüb. Həmçinin Cəvahir Əkbərovanın zəhmətkeş qadın olduğu, ailənin dolanışığına kömək etmək üçün ayrı-ayrı şəxslərin məişət işlərini görməsi də qeyd olunub.
09.10.2019
saat: 15:31
Bakıda qətl törədilib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Məmməd Şərifli küçəsi 82a ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1980-ci il təvəllüdlü Əkbərov İlham Lütfəli oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əkbərova Cəvahir Telman qızını 18 bıçaq zərbəsi ilə qətlə yetirib.
İ.Əkbərov hadisəni törətdikdən sonra Şəki rayonuna qaçıb.
Nizami rayon Polis İdarəsi və Şəki rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Oxşar yazılar

Beyləqanda yeniyetmə kanalda batdı
3 iyul 2025 , 16:18Şəmkirdə su anbarında batan gənc qızın meyiti tapıldı
3 iyul 2025 , 16:13
Sabunçu Tibb Mərkəzində FACİƏ: xəstə binadan yıxılıb öldü
3 iyul 2025 , 16:02
Novxanı və Görədildə bağ evlərindən oğurluq edənlər saxlanıldı - VİDEO
3 iyul 2025 , 16:00
İzmirdə yanğın fəlakəti - FOTOLENT
3 iyul 2025 , 15:17
Məktəb direktoru faciəvi şəkildə öldü
3 iyul 2025 , 14:00
Lənkəran sakini arvadını ağacla döyüb özünü öldürdü
3 iyul 2025 , 13:54