APA-nın məlumatına görə, “KİA”markalı avtomobilin sürücüsü idarəetməni itirərək, yol kənarındakı maneəyə çırpılıb.
Qəza zamanı sürücü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya sürücünün yağışlı havanı nəzər almaması səbəb olub. Avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb.
Qəza ilə bağlı yolda yaranan tıxac aradan qaldırılaraq nəqliyyatın hərəkəti təmin olunub. Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.