NİDA üzvünün məhkəməsi başlayıb
14 dekabr 2016 15:42 (UTC +04:00)

NİDA üzvünün məhkəməsi başlayıb

0

 

Narkotik maddələrin qanunsuz dövriyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərakatının üzvü Elgiz Qəhrəmanın cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Elgiz Qəhrəmanın anket məlumatları dəqiqləşdirilib.

 

Bundan sonra onun müdafiəçiləri Fariz Namazlı və Nemət Kərimli vəsatətlərlə çıxış ediblər. Onlar Elgiz Qəhrəmanın barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsini, onun dəmir barmaqlıqlardan çıxarılaraq vəkillərinin yanında əyləşməsini, saxlanılan zaman yazılan protokolun sübutlar siyahısından çıxarılmasını və prosesin video-audio yazısının aparılmasını  istəyiblər.

 

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib.

 

Hakimlər kollegiyası müşavirəyə yollanaraq vəsasətləri müzakirə ediblər.

 

Vəsatətlər təmin edilməyib.

 

Məhkəmə baxışı dekabrın 21-ə təyin edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 219

Oxşar yazılar