Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 iyun
04 iyun 2014 20:13 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 iyun

NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ

 

Bu xəbəri hazırlayanda mənim yadıma sovet dönəminin məşhur "Avtomobildən qorun!" filmi düşdü. Baxanlar bilir, o filmdə məhşur aktyor ansamblı - Andrey Mironov, Anatoly Papanov, Yevgeni Yevsteqniyev və baş rolun Yuri Detoçkin obrazının ifaçısı İnnokenti Smaktunovski əsl şedevr yaradıblar.  Filmin baş qəhrəmanı - uşaq evində böyümüş və sığorta şirkətində çalışan Yuri Detoçkinin işi gücü Volqa maşınlarını oğurlayaraq satıb pulunu uşaq evlərinə vermək olur. Bir müddət oğurluq edən Detoçkin eyni əməllləri törədə-törədə azadlıqda sərbəst gəzir. Çünki o yaşadığı şəhərdə həm də nümunəvi bir adam kimi tanınır və buna görə də ondan heç kəs şübhələnmir. Nəhayət cinayətin üstü açılır və onu həbs edirlər. Məlum olur ki, o, oğurlayıb satdığı maşınların pullarından bir qəpiyi belə cibinə qoymayb. Hətta onun məhkəməsinə gələnlər bu əməlinə görə onun azadlığa buraxılmasını tələb edir və filmin ən məşhur ifadəsinə çevrilən "Svobodu Yuriyu Detoçkinu!" şüarını da səsləndirirlər. Amma xeyri olmur. Un firmasından 1 milyon manat oğurlayan şəxsin uşaq evində böyüyüb böyümədiyini bilmirəm. Heç onun oğurluq pulun bir hissəsini nə üçün uşaq evinə keçirdiyini də bilmirəm. Amma bir onu bilirəm ki, bütün bunlar cəzanın azalmasına heç bir təsir etməyəcək. Çünki cinayət cinayətdir...
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar