Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 Yanvar
30 yanvar 2015 20:11 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 Yanvar

0

GÜNÜN ŞƏRHİ

İŞİD özü ətrafında qorxu saçan terror təşkilatı obrazı yaratdıqdan sonra bu obraza yeni ştrixlər əlavə etməyə başlayıb. Yaxud da, bu ştrixi o obraza İŞİD-in varlığında maraqlı olan qüvvələr əlavə etmək istəyir. Bir ay əvvələdək bu terror təşkilatının fəaliyyətinin Yaxın Şərqlə məhdudlaşdığı bildirilir, bu mənada İŞİD-in “Əl-Qaidə”dən geridə qaldığı vurğulanırdı. Lakin “Charlie Hebdo” vaqiəsindən sonra situasiya dəyişdi, İŞİD ilk dəfə özü üçün cızılmış çevrədən kənarda dişini göstərdi. Və dişini göstərməkdə davam edir. Misirdə törədilən terror aktlarının arxa planında dayanan mesaj İŞİD-in artıq “Əl-Qaidə” səviyyəsinə yüksəldiyini nümayiş etdirməkdir. Bu gerçək başqa bir gerçəyi ortaya qoyur, İŞİD-ə qarşı ciddi tədbirlər görülməsə, bu terror təşkilatı təkcə regional deyil, beynəlxalq səviyyədə ciddi problemə çevriləcək. Çünki, terror gerçəkdən sərhəd tanımır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar