GÜNÜN ŞƏRHİ
Vyana toplantısı ərəfəsində OPEK-in həll etməsi vacib olan bir neçə məsələ var. Ümumi kvotanın dəqiqləşdirilməsi, hər bir üzv ölkənin fərdi olaraq hasilatı nə qədər azaldacağının müəyyənləşdirilməsi, hasilat səviyyəsinin monitorinqi üçün məlumat mənbəyi barəsində informasiya şəffaflığının təminatı, Liviya və Nigeriyanın hasilat səviyyəsinin balanslaşdırılması, ABŞ slans hasilatçılarının nəticəyə reaksiyasının qiymətləndirilməsi...
Sadalananlar bir-birinə zəncirvarı bağlı olan detallardır. Bu detallardan fərqi yoxdur, hər hansı barədə razılığa gəlinməməsi Vyana görüşünün də iflasa uğraması ilə nəticələnəcək...