GÜNÜN ŞƏRHİ
Hələb - Suriya münaqişəsinin qırılma nöqtəsidir. Şəhərin Əsəd qüvvələri tərəfindən tam ələ keçirilməsi qüvvələr balansını tam dəyişəcək. Hələbə nəzarətin ələ keçirilməsinin ən böyük zərbəsi Türkiyəyə dəyəcək. Çünki, artıq Əsəd, Suriya və Rusiyanın əli daha güclüdür, Türkiyə əməkdaşlığa can atdığı bu üç tərəflə daha çox hesablaşmalı olacaq. İkincisi, Türkiyəni yeni humanitar böhran gözləyir, Hələbi tərk edə biləcək yüz minlərlə insan ya türk ordusunun nəzarətində olan ərazilərə keçəcək, ya da Türkiyə ərazisinə üz tutacaqlar. Hər iki halda bu qədər insana sahiblənmək Türkiyəyə yüz milyonlarla vəsaitə başa gələcək. Üçüncüsü, Hələbdən sonra Türkiyə ordusu ilə Əsəd qüvvələri arasında bir təmas xətti yaranmış olur. Bu isə tərəflər arasında toqquşmalar ehtimalını artmasına, gərginliyin zaman-zaman yüksəlməsinə gətirib çıxaracaq. Türkiyənin insanlıq dramı yaşanan türkmən şəhəri Hələbə hansısa müdaxilə imkanları da azdır. Ankara işini prosesləri seyr etməklə, bəyanatlar verməklə bitirəcək, yoxsa konkret addımlar atacaq? Birinci ehtimal daha çoxdur, çünki konkret addımlar atmaq üçün Türkiyənin imkanları hər gün daha da azalır.