Nərdivandan yıxılan kişi öldü
Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın məlumatına görə, 50 yaşlı Əsədov Aşur Eynulla oğlu Sabunçu rayonunda yerləşən evinin həyətyanı sahəsində üzüm yığarkən nərdivandan yıxılıb. Nəticədə A.Əsədov aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
445