“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən hələlik heç kim tapılmayıb. Xilas edilənlər hazırda xəstəxanadır. Hamısının vəziyyəti normaldır".
Lent.az-ın məlumatına görə, bu barədə anspress-ə “Günəşli” dəniz yatağında baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan məlumat verilib.
Qərargahdan bildirirlər ki, hazırda helikopterlər vasitəsi ilə axtarışlar davam etdirilir:
“Bu gün isə dalğıclar dənizin dibinə enəcəklər və orada axtarışlar davam etdiriləcək. Hələlik platformadakı yanğının qarşısını almaq da mümkün olmayıb. Hazırda yanğınsöndürmə və xilasetmə işləri davam etdirilir”.
Xatırladaq ki, baş verən güclü tufan dekabrın 4-ü saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
Hadisə ilə bağlı SOCAR, FHN və Respublika Baş Prokurorluğunun birgə açıqladığı məlumatda 33 nəfərin təxliyyə edildiyi, 1 nəfərin isə cəsədinin sudan çıxarıldığı bildirilir.