Nefçalada inzibati binada yanğın baş verdi
24 fevral 2015 18:34 (UTC +04:00)

Nefçalada inzibati binada yanğın baş verdi

Nefçalada inzibati binada yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Mirzəqurbanlı kəndində ümumi sahəsi 300 kv.m olan, hal-hazırda fəaliyyət göstərməyən birmərtəbəli inzibati binada sahəsi 40 kv.m olan 2 otağın birində tavan 10 kv.m sahədə yanıb. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713
avatar

Oxşar yazılar