Mayın 25-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbaut xidmətinə istinadən verdiyi məlumata görə, Türkiyə vətəndaşı Zəkəriyyə Bakir Əsəd oğlu idarə etdiyi "Hyundai" markalı avtomaşınla Babək rayon sakini Aban Abbasovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Abbasov mayın 27-də orada ölüb.
Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.