Ötən gün Balakən rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Balakən rayonun Gərəkli kənd sakini Tinov Muqumov yüksək dozada narkotik vasitə qəbul etdiyində vəziyyəti ağırlaşıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırmalar aparılır.