Şabranda narkotik vasitələrinin satışı və istifadəsi ilə məşğul olan 2 nəfər saxlanılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarışları nəticəsində 1985-ci il təvəllüdülü Şabran rayonu, Dəvəçi kənd sakini Xalıqov Hicran Rəcəb oğlu tutulub. Onun üzərinə üzərində baxış zamanı 1 kibrit qutusunda ümumi çəkisisi 6.3 qram qurudulmuş marixuana aşkar olunub.
İstintaqa ilkin ifadəsində o, narkotik vasitənin şəxsi istifadəsi üçün aldığını etiraf edib.
Qeyd edək ki, Hicran Xalıqov 2011-ci ildə narkotik vasitələrinin satışı maddəsi ilə məhkum olunub və 2013-cü ildə azadlığa çıxıb.
Aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində H. Xalıqova narkotik vasitəni satan şəxsin 1979-cu il təvəllüdlü Xaçmaz rayonu, Xudat şəhər sakini Ulutozerlər Nəcməddin İsmayıl oğlu olduğu müəyyənləşib. Onun üzərində baxış keçirilərkən 6 ədəd kibrit qutusunda ümumi çəkisi 29.18 qram qurudulmuş marixuana aşkarlanıb.
Hər iki faktla bağlı AR CM 234.1 və 234.2 maddələri ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.