Narkotik dövriyyəsində günahlandırılan muxalifətçi azadlığa buraxıldı
05 avqust 2019 14:08 (UTC +04:00)

Narkotik dövriyyəsində günahlandırılan muxalifətçi azadlığa buraxıldı

0
 
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Musavat Partiyasının üzvü Azad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
 
APA-nın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunib. 
 
Prokuror çıxış edərək məhkəmədən Azad Həsənovun ittiham edildiyi Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik maddənin dövriyyəsi) maddəsinin 234.1-ci (şəxsi istehlak miqdarından artıq narkotik maddəni əldə etmə) maddəsinə tövsif edilməsini və onun 1 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini təklif  edib. 
 
Azad Həsənovun vəkili Osman Kazımov çıxışında müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. 
 
Azad Həsənov məhkəmədə son söz deyərək narkotik ittihamını qəbul etmədiyini və barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. 
 
Prosesdə oxunan hökmə əsasən Azad Həsənov 1 il azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) də tədbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb. 
 
Azad Həsənov barəsindı 6 aylıq sınaq müddəti seçilib. 
 
Qeyd edək ki,  A. Həsənov ötən il oktyabrın 11-də həbs olunub. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 717

Oxşar yazılar