Noyabrın 26-da Nardaran qəsəbəsində polisə silahlı müqavimət göstərərkən ölənlərin cənazələri bu gün ailələrinə təhvil verilib.
Bu barədə APA-ya hadisə nəticəsində ölən Əkbər Babayevin atası Nazim Babayev məlumat verib.
Onun bildirdiyinə görə, bu gün günörta saatlarında onları Sabunçu Rayon Polis İdarəsinə dəvət ediblər və cənazələrin dəfninə icazə verilib: "Polis idarəsindən bizə bildirdilər ki, cənazələri Göy Məsciddən götürə bilərik. Biz də məscidə getdik, 4 nəfər yaxınımızın cənazəsini gətirib axşamüstü Nardaran qəbirstanlığında dəfn etdik".
Xatırladaq ki, hadisə nəticəsində polisə müqavimət göstərən dəstənin üzvlərindən Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb.