Nardaran hadisələrində saxlanılan 19 nəfərin işi yekunlaşır
27 iyun 2016 11:39 (UTC +04:00)

Nardaran hadisələrində saxlanılan 19 nəfərin işi yekunlaşır

0

Nardaran hadisələri ilə saxlanılan Taleh Bağırov başda olmaqla  digər 18 nəfərin barəsində olan cinayət işi yekunlaşmaq üzrədir.

 

Lent.az-ın məlumatına görə, bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib. O bildirib ki, cinayət işinin materialları ilə tanışlıq başa çatıb: “Vəsatətlər vermişik. İstintaq orqanı tərəfindən vəsatətlərimizə cavab gözləyirik. Müdafiə etdiyim AXCP sədrinin müavini Faud Qəhrəmanlı ilə bağlı cinayət işi üzrə xitam verilməsini istəmişəm. Ümülikdə cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək”.

Qeyd edək ki, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar