Naftalan şəhərində törədilmiş qətlin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də Naftalan şəhərində şəhər sakini Elşən Bayramovu münaqişə zəminində bıçaqla qətlə yetirmiş şəxsin kimliyi müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Bəhram Bayramov tutulub.
Araşdırmalar davam etdirilir.